EN

"Whatsapp"da zənglərlə bağlı 3 möhtəşəm yenilik

"Whatsapp" zənglərlə bağlı üç yeni funksiyanı təqdim edəcək.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, sözügedən yeniliklər belədir:

Səsli ekran paylaşımı - Birgə video izləmək istəyən insanlar çox sevindirəcək bu funksiya artıq ekranınızı paylaşdığınızda səsi də paylaşmağa imkan verəcək.

Görüntülü zənglərdə 32 iştirakçı - artıq bütün cihazlarda həyata keçirdiyiniz görüntülü zənglərə 32 istifadəçi qatıla biləcək.

Səs vurğulayıcı - Bu özəllik sayəsində zənglər zamanı danışan şəxsin kim olduğunu bilməyiniz üçün həmin istifadəçi ekranda ilk sırada görünəcək.

Chosen
114
37
day.az

10Sources