EN

Saatlıda 19 yaşlı oğlan çayda çimərkən boğuldu

Saatlıda gənc oğlan Araz çayında çayda çimərkən boğulub.

 

"Report"un məlumatına görə, hadisə Arazın rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kənd sakini, 2005-ci il təvəllüdlü Amin Seymur oğlu Həsənov çayda çimərkən batıb.

 

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Chosen
92
22
senzor.az

10Sources