Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb
"Unikal" xəbər verir kibu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin kəskin dəyişməsi nəticəsində Oğuz-Bayan avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağaclar yola aşıb. Nəticədə yolda hərəkət dayanıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən yolun açılması istiqamətində işlər aparılır.
Seymr Əli