EN

Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq - MN

Bakı. Trend:

“Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar”özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktınimzalandığı haqqında məlumat verilir.

Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanıöldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silahnövləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionundatəxribatçı fəaliyyət aparmasının növbəti sübutudur”.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası MüdafiəNazirliyi açıqlamasında bildirilib.

Açıqlamada vurğulanıb ki, Fransa Müdafiə Nazirliyi keçən ilinoktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbitexnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkıhərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchizedilməsi Fransa rəhbərliyinin riyakarlığının növbətitəzahürüdür:

“Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqasiyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasındanormallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneəolur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma vəregional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyibunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətinidavam etdirir.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmişdövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransatərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanınyenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizmsiyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabəryeni müharibəyə aparan yoldur.

Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlifyerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrahdoğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digərdənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerlixalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması,irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinindəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünəyatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir.Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklüproblemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə FransaAzərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyasıaparır.

Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətingərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görəməsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistanrəhbərliyi və Makron diktaturası daşıyacaq”.

Chosen
66
13
az.trend.az

7Sources