“Şamaxı” ötən mövsümü "Turan Tovuz"da keçirən Belajdi Pusini transfer edib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi albaniyalı hücumçu ilə birillik müqavilə imzalayıb.
26 yaşlı forvard 2022-ci ildə Tovuz klubuna transfer edilmişdi. Pusi orada elə köhnə-yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında oynayıb.