EN

Filippin və Çinə məxsus gəmilərin toqquşmasından sonra ABŞ Çinə sərt reaksiya verib

Filippin və Çinə məxsus gəmilərin toqquşmasından sonra ABŞ Çinə sərt reaksiya verib

Cənubi Çin dənizində iki ölkə arasında mübahisəli ərazidə Filippin təchizat gəmisi ilə Çin gəmisinin toqquşmasından sonra ABŞ Pekin administrasiyasına sərt reaksiya verib.CNN telekanalında yer alan xəbərə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “ABŞ müttəfiqi Filippinin yanındadır və Çinin gərginləşdirici və məsuliyyətsiz hərəkətlərini pisləyir” deyib.ABŞ dövlət katibinin müavini Kurt Kempbell Filippin dövlət katibinin müşaviri Maria Theresa Lazaro ilə də baş vermiş hadisəni müzakirə edib.Kempbell qeyd edib ki, Çin “Filippinin Cənubi Çin dənizində qanuni dəniz əməliyyatı keçirməsinə mane olmaqla, Manila administrasiyasının naviqasiya azadlığına müdaxilə edib”.Digər tərəfdən ABŞ-ın Maniladakı səfiri MaryKay Carlson X-dən verdiyi açıqlamada ölkəsinin Çinin xəsarətlərə səbəb olan və Filippin gəmilərinə ziyan vuran aqressiv və təhlükəli manevrlərini pislədiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
afn.az

1Sources