Bu gün AVRO-2024-ün F qrupunda ilk turun oyunlarına start verilir.
90deqiqe.Az xəbər verir ki, Türkiyə millisi, Almaniyadakı Dortmund şəhərində debüt edəcək və Gürcüstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Günün son matçı isə Portuqaliya və Çexiya arasında olacaq. Ronaldo və komandası, Leypsiqdə Çexiyanı sınağa çəkəcək. Bu qarşılaşma 23:00-də start alacaq.
Baş hakim və digər məlumatlar aşağıdakı kimidir:
Türkiyə - Gürcüstan
- Saat: 20:00
- Baş hakim: Fakundo Telyo (Argentina)
- Stadion: Vestfalenstadioion, Dortmund
Portuqaliya - Çexiya
- Saat: 23:00
- Baş hakim: Marko Quida (İtaliya)
- Stadion: Leypsiqştadion