EN

Bu, çox böyük bəladır - Afaq Bəşirqızı səhhətindən danışdı

Xalq artisti Afaq Bəşirqızı “Elgizlə izlə” verilişində səhhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Afaq Bəşirqızı bu sözləri deyib:

“Həyatımın yarıdan çoxunu həkimlərlə ünsiyyətdə olmuşam. Bütün xəstəliklərin ağrı-acılarına qalib gəlmək mümkündür. Amma bir insanın hərəkəti, yeriməyi, əli-ayağı məhdudlaşanda çox çətin olur. Bu, aktyor tayfası üçün isə böyük bəladır".

Bir müddət əvvəl hərəkət etməsində problem yaşayan xalq artisti səhhətinin yaxşılaşdığını da deyib: "Mən əsa ilə gəzirdim. Artıq beş gündür ki, əsasız gəzirəm”.









Müəllif: Rəqsanə Həsənova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
teleqraf.com

1Sources