EN

Deşam: Ön xətdə əla futbolçularımız olsa da...

“Yarışa qələbə ilə başlamaq bizim üçün vacib idi. Amma hücumda daha dəqiq oynamalıydıq”. Matc.az xəbər verir ki, bu sözləri Fransa yığmasının baş məşqçisi Didye Deşam AVRO-2024-ün qrup mərhələsinin I turunda Avstriyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Deşam oyunçularından razı qaldığını qeyd edib. O bildirib ki, matçın taleyini daha tez həll etmək olardı: "Mübarizənin taleyini daha tez həll etmək imkanımız var idi. Amma bu, Avropa çempionatıdı və bu cür turnirlərdə bütün oyunlar çətin keçir. Ön xətdə əla futbolçularımız olsa da, qol epizodlarında istədiyimizi edə bilmədik".  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
matc.az

1Sources