EN

Avropa Liqası: "Zirə"nin ilk mərhələdəki rəqibi bəlli olur - YENİLƏNİR

Bu gün Nyonda (İsveçrə) Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportal.az xəbər verir ki, "Zirə"nin də rəqibi məhz bu gün bəlli olacaq.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv püşkatma mərasimində səpələnməmişlər səbətində yer alacaq. Onların potensial rəqibləri aşağıdakı komandalardır: 

"Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Pakşi" (Macarıstan).

İlk oyunlar iyulun 11 və 18-də keçiriləcək.

Püşkatma saat 17:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
5
sportal.az

7Sources