EN

Husilər: ABŞ və İngiltərə Hudeyda şəhərinə 10 hücum həyata keçirib

ABŞ və İngiltərənin Yəmənin Qırmızı dənizdəki Kamaran adasına 4 hava hücumu təşkil etdiyi bildirilsə də, hücum və onun nəticələri barədə ətraflı məlumat verilməyib. Bizimyol.info xəbər verir ki, husilərə bağlı əl-Mesirah televiziya kanalının xəbərində ABŞ və İngiltərənin 6 hava hücumu ilə Beynəlxalq Hudeydə Hava Limanını hədəf aldığı bildirilib. Yəməndə İranın dəstəklədiyi husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir, bəzilərinə pilotsuz uçuş aparatları və raketlərhücumlar təşkil edir. Husilərin hərəkətləri səbəbindən bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib. ABŞ 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu”nun yaradıldığını açıqladı. ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar. Hudeyda uzun sahil xəttinə, habelə beynəlxalq hava limanına və 3 mühüm limana malik olduğu üçün Yəmənin ən mühüm əyalətlərindən biri hesab olunur. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
bizimyol.info

1Sources