EN

NATO niyə Ukraynanı silahlandırmağa tələsir?

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp qalib gəlməzdən əvvəl NATO Ukraynanı silahlandırmağa tələsir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq yazı onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Onun sözlərinə görə, NATO “Ukraynada müharibəyə tələsir” və Tramp münaqişə ilə razılaşmadığını bildirdiyi və Vladimir Zelenskini qınadığı üçün respublikaya on milyardlarla dollar maliyyə ayırır.

Filippo Trampın Ukrayna liderini “tarixin ən böyük treyderi” adlandırdığı çıxışının videosunu əlavə edib.

"Düz deyir! Gəlin bu sirki dayandıraq, pul ödəməyi və silahlanmağı dayandıraq! Tezliklə sülh!", - deyə Filippo yazıb.

Chosen
108
3
operativmm.az

2Sources