Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçiriləcək.
Senzor.az bildirir ki, görüşlər F qrupunda baş tutacaq.
Əvvəlcə meydana Türkiyə və Gürcüstan komandaları çıxacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Yeri gəlmişkən, Türkiyə və Gürcüstan milliləri sonuncu dəfə 2012-ci ilin mayında qarşılaşıblar. Avstriyanın Zalsburq şəhərində keçirilən həmin yoldaşlıq görüşündə Türkiyə yığması 3:1 hesabı ilə qalib gəlib.
Günün ikinci qarşılaşmasında isə Portuqaliya ilə Çexiya yığmaları üz-üzə gələcəklər. Matç saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.