EN

Məşhur şairin vəziyyəti ağırlaşıb - Açıqlama

"Məşhur şair Elman Tovuzun vəziyyəti ağırlaşıb, təcili müdaxilə olunmalıdır..."

Kulis.az xəbər verir ki, bu barədə şair Ehtiram İlham məlumat verib.

"Neçə müddətdir ki,
Elman Tovuz ağrılarla üz-üzə qalıb. Onillərlə canını saran iztirablar dözülməz həddə çatıb artıq. Vəziyyətin kritikliyi səsinə də hopub..."

Onun sözlərinə görə, 1997-ci ildən yatağa düşən şairin ciddi müalicəyə ehtiyacı var:

"Taleyin qəzavü-qədəriylə yatağa düşən Elman Tovuz, öz böyük iradəsi və dözümüylə zaman-zaman çoxlu xəstəliklərin dizini yerə qoymağı bacarıb...
Amma indi əlavə xəstəlikləri də yaranıb. Ömrünün böyük bir hissəsi müalicəylə ötüşüb. Heç vaxt indiki ağrı-acılar qədər müsibətli duruma düşməyən ustad şairin çox ciddi müalicəyə, ciddi həkimlərə, ciddi xəstəxanaya ehtiyacı var. Ölkəmizin səhiyyə qurumlarına, xüsusilə də, TƏBİB-ə üz tutaraq acizanə surətdə rica edirəm: Azərbaycanın gözəl şairi, dəyərli ziyalısı, mərd və böyük iradə sahibi olan Elman Tovuza yardım göstərsinlər..."

Chosen
145
kulis.az

1Sources