EN

Avstriyalılarla matçda Mbappenin burnunu sındı

Futbol üzrə Fransa milli komandasının hücumçusu və kapitanı Kilian Mbappe Avropa çempionatında Avstriya ilə oyunda burnunu sındırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə L'Equipe nəşri məlumat yayıb.

Bildirilib ki, futbolçu oyun zamanı rəqib komandanın oyunçusu ilə toqquşub. Meydançaya çıxan həkim qanaxmanı dayandırmağa çalışıb, bundan sonra Mbappe əvəzlənib.

Onun təcili əməliyyat olunacağı bildirilir.

Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsində Fransa - Avstriya oyunu iyunun 17-də baş tutub və fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
5
qafqazinfo.az

6Sources