![NBA:](https://azertag.az/files/2024/2/1200x630/1718689143552050882_1200x630.jpg)
Bakı, 18 iyun, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, final seriyasının beşinci oyununda “Boston Seltiks” və “Dallas Maveriks” komandaları üz-üzə gəliblər.
Rəqibinə 106:88, ümumi seriyada isə 4:1 hesabı ilə qalib gələn Boston təmsilçisi tarixində 18-ci dəfə NBA çempionu olub.