Belçika millisinin hücumçusu Romelu Lukaku Avropa çempionatlarının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, hazırda davam edən qitə birinciliyinin qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən matçda - Slovakiya ilə görüşdə 2 qolu qeydə alınmayan forvard indiyədək heç bir futbolçunun AÇ-lərdə üzləşmədiyi aqibətlə üzləşib.
Birinci epizodda videotəkrar vasitəsi ilə Lukakunun özünün, ikinci qolda isə ona ötürmə verən Lois Opendanın ofsaydda olduğu müəyyənləşib.
Xatırladaq ki, oyun Slovakiyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nihat