EN

Sevgi travmasını bu yolla müalicə etmək olar

Transkranial maqnit beyin stimullaşdırılması sevgi travması sindromunun (LTS) müalicəsində kömək edə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, tədqiqatda sevgi travması olan 36 könüllü iştirak edib. Onlar üç qrupa bölünərək, hər biri beş gün ərzində gündə iki dəfə 20 dəqiqə ərzində transkranial birbaşa cərəyan stimullaşdırıcı qulaqlıqlar taxıblar.

İranın Zəncan Universiteti və Almaniyanın Bielefeld Universitetinin tədqiqatçıları simptomların əhəmiyyətli dərəcədə azaldığını müşahidə ediblər.

Müalicəni dayandırdıqdan bir ay sonra da könüllülər özlərini yaxşı hiss ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
5
milli.az

6Sources