EN

AİB Azərbaycanı COP29-da iddialı nəticələrə nail olmaqda dəstəkləməyə hazırdır - Matsiy Çura (Eksklüziv Müsahibə)

Bakı. Trend:

Avropa İnvestisiya Bankı (AİB ) COP29-da Azərbaycanı konfransıniddialı nəticələrinə nail olmaqda və "yaşıl" iqtisadiyyata keçiditəmin etməkdə dəstəkləməyə hazırdır.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində AİB-nin Cənubi Qafqazüzrə regional nümayəndəliyinin rəhbəri Matsiy Çura bildirib.

"Paris Sazişinin qlobal istiləşməni 1,5 ºC ilə məhdudlaşdırmaqməqsədinə çatmaq istəyiriksə, daha çox çalışmalıyıq. Buna görə də,COP29-un uğurlu iqlim sammiti qlobal iqlim dəyişikliyi iləmübarizədə qlobal tədbirləri sürətləndirmək üçün çox vacibdir. AİBkimi çoxtərəfli inkişaf bankları (MDB) iqlim dəyişikliyi iləmübarizədə dövlət və özəl maliyyələşmənin artırılmasında açar roloynayır. Biz COP29-da müzakirə olunacaq ambisiyalı qərarlarıdəstəkləməyə hazırıq ki, bunlar iqlim dəyişikliyi ilə mübarizəmaliyyələşdirilməsində yeni hədəfi və qlobal keçidinsürətləndirilməsini əhatə edir. Biz Avropa Komissiyası və MDB qrupuilə birgə COP29-a hazırlıqda aktiv iştirak edirik", - deyə obildirib.

Bankın nümayəndəsinin sözlərinə görə, 2023-cü ildəkiinvestisiyaların 50 faizindən çoxu "yaşıl" iqtisadiyyata keçidəyönəldiyi üçün AİB həm AB daxilində, həm də xaricində "İqlim Bankı"kimi mövqeyini möhkəmləndirib.

"Bu bizim əsas prioritetimizdir. "Yaşıl" iqtisadiyyata keçidinuğuru sənayemizi, nəqliyyat vasitələrimizi və evlərimizi təmiz vəəlverişli enerji ilə təmin etmək bacarığımızdan asılıdır. Bu fosilyanacaqla işləyən sənaye proseslərini əvəz edəcək inqilabitexnologiyaların hazırlanması üçün genişmiqyaslı investisiyalartələb edir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, AİB Azərbaycanda biznesin inkişafınamüxtəlif dəstək göstərməyə davam edir.

"AİB 2014-cü ildən Azərbaycanla əməkdaşlıq edir. AİB GlobalAB-nin siyasi hədəflərinə, məsələn, Gənc sahibkarlar, iş dünyasındaqadınlar və kənd yerlərinin inkişafına xüsusi diqqət yetirərəkmikro, kiçik və orta müəssisələr üçün maliyyələşməyə çıxışınyaxşılaşdırılması kimi əsas İqtisadi İnvestisiya Planınıntəşəbbüslərinə əməl edir. Bu çərçivədə keçən ay biz Bank Respublikailə 10 milyon avro məbləğində kredit müqaviləsi imzaladıq", - deyəo vurğulayıb.

O əlavə edib ki, bu müqavilə kiçik biznesi güzəştli şərtlərləkredit verməklə gücləndirməyə yönəlib.

"Bu əməliyyat Cənubi Qafqazda kiçik bizneslərə dəstəktəşəbbüsümüzün bir hissəsidir və bu iş yerlərinin yaradılmasına vəya qorunmasına, xüsusi sektorun artımına və bölgədə sosialinteqrasiyaya kömək edəcək.

Bundan əlavə, AİB Global təşəbbüsü çərçivəsində bank layihələrinhazırlanması və həyata keçirilməsində məsləhət dəstəyi və texnikiyardım da göstərir. "Hal-hazırda biz Bakı-Böyük Kəsik dəmir yolukeçid koridoru boyunca dəmir yolu keçidlərinin təhlükəsizliyininartırılması üçün məsləhət dəstəyi göstəririk ki, bu da Ortadəhlizdə Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) mühümbağlantısıdır"", - deyə Çura əlavə edib.

O, qeyd edib ki, bu dəstək Azərbaycan dəmir yollarına tədbirləritəhlil etmək və prioritetləşdirmək, həmçinin müvafiq layihətədqiqatlarını hazırlamaq üçün kömək edir.

"AİB bu dəstəyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən vəbizim birgə yardım proqramımız JASPERS tərəfindən idarə olunan ŞərqTərəfdaşlığı İnvestisiya İnkişaf Proqramı (EPIC) çərçivəsində təminedir. EPIC Şərq Tərəfdaşlığı ölkələrinə nəqliyyat əlaqələriniyaxşılaşdırmaq üçün pulsuz məsləhət dəstəyi və texniki yardımtəklif edir", - deyə Matsiy Çura əlavə edib.

Regional nümayəndəliyin rəhbəri həmçinin bildirib ki, AİB Globalhəm dövlət, həm də özəl sektorda Azərbaycanla qarşılıqlı maraqdoğuran prioritet sahələrdə layihələrin maliyyələşdirilməsi üçünəməkdaşlığa hazırdır.

"Bizim gələcəyimiz Azərbaycanda AB-nin İqtisadi və İnvestisiyaPlanında təsvir edilən əsas təşəbbüslərin həyata keçirilməsinəyönəlib ki, bunlara "yaşıl" əlaqəlilik, rəqəmsallaşdırma - rəqəmsalnəqliyyat dəhlizinə dəstək, davamlı, innovativ, "yaşıl" vərəqabətli iqtisadiyyata dəstək - 25,000 kiçik və orta müəssisəyəbirbaşa dəstək, kənd yerlərinin innovativ inkişafı, daha ağıllı vəekoloji şəhərlər daxildir. Cənubi Qafqaz üzrə AİB Globalstrategiyası Avropa İttifaqının prioritetləri ilə müəyyən edilir.Bank Respublika-ya verilən son kredit bu planın məqsədlərinəçatmağa kömək edir və Cənubi Qafqazda MKOM-larınməlumatlandırılması təşəbbüsümüzün bir hissəsidir. İqtisadi vəİnvestisiya Planı həmçinin prioritet investisiya layihələrini əhatəedir və biz onların həyata keçirilməsini Azərbaycan hökuməti iləmüzakirə edirik", - deyə Matsiy Çura yekunlaşdırıb.

Qeyd edək ki, AİB Qrupunun 2023-cü ildə imzaladığı yenimaliyyələşdirmənin həcmi 88 milyard avroya çatıb, "yaşıl"maliyyələşdirməyə isə 49 milyard avro ayrılıb. AİB Global, AİB -nininkişafdan kənar əməliyyatlara cavabdeh bölməsi, 2023-cü ildə 8,4milyard avro məbləğində yeni maliyyələşdirmə müqaviləsiimzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
3
az.trend.az

4Sources