EN

"Yayın sonunadək ikinci Qəzza yarana bilər" - Norveç xarici işlər naziri

"Əgər Fələstin Muxtariyyəti çökərsə, bu, hamı üçün, o cümlədən İsrail xalqı üçün dəhşətli olacaq..."
 
Norveç israillilər üçün dəhşətli proqnoz verib
 
Norveç xarici işlər naziri Espen Bart Eyde "Reuters" informasiya agentliyinə bəyan edib ki, hazırda Fələstin Muxtariyyətinin düşdüyü vəziyyət "dəhşətlidir".
 
Moderator.az xəbər verir ki, bu barədə "mignews.ua" nəşri məlumat yayıb.
 
"Vəziyyət son dərəcə ağırdır. Bizim əməkdaşlıq etdiyimiz Fələstin Muxtariyyəti bizə xəbərdarlıq edib ki, bu yay o, dağıla bilər", - o, deyib. 
 
Bu zaman o, "kifayət qədər maliyyələşmənin olmamasına", "davam edən zorakılığa" və "yarım milyon fələstinlilərə İsraildə işləməyin qadağan edilməsinə" istinad edib.
 
"Əgər Fələstin Muxtariyyəti çökərsə, daha bir Qəzza yarana bilər. Bu da hamı üçün, o cümlədən İsrail xalqı üçün dəhşətli olacaq", - Eyde əlavə edib.
 
Norveç fələstinlilərin beynəlxalq maliyyə donorları qrupuna başçılıq edir və ardıcıl olaraq Fələstin Muxtariyyətinə dəstək verir, "Reuters" qeyd edib.
 
Xatırladaq ki, mayın 28-də Norveç və daha iki ölkə-İspaniya və İrlandiya rəsmən Fələstin dövlətini tanıyıb.
 
Onların birgə bəyanatı İsrail hakimiyyətinin qəzəbinə səbəb olub. Bu ölkələrin səfirləri Təl-Əvivə Xarici İşlər Nazirliyinə çağırılıb, orada HƏMAS-ın oktyabrın 7-də törətdiyi qanlı qətliamın videoyazısı nümayiş etdirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
moderator.az

1Sources