Avropa İttifaqını idarə edəcək şəxslər seçiləcək.
\eleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələrinin liderləri Avropa Parlamenti seçkilərindən sonra qeyri-rəsmi zirvə toplantısında bir araya gələrək Aİ-ni qarşıdakı 5 il ərzində idarə edəcək adları müəyyən ediblər.
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri Birliyin yüksək səviyyəli icraçı mövqeləri olan Aİ Şurası, Aİ Komissiyası ,Avropa Parlamentinin (AP) sədri və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyinə uyğun gördükləri adları müzakirə etmək üçün Belçikaya gəlib.
Liderlərin keçirəcəyi sammitin sonunda rəsmi qərar açıqlanmayacaq. Qərar iyunun 27-28-də keçiriləcək rəsmi sammitdə açıqlanacaq.
Bununla belə, bildirilir ki, ən vacib dörd kürsüdə kimin oturacağı ilə bağlı artıq pərdə arxasında razılıq əldə olunub.