EN

"Təəssüf ki, bu, bu gün baş verdi" - Domeniko Tedesko

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Slovakiyadan aldıqları məğlubiyyəti (0:1) şərh edib.

Fanat.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında belə danışıb:

"Əlbəttə, futbolçular nəticəyə görə məyus oldular. Çox sayda qol vəziyyətləri yaratsaq da, ələ düşən fürsətlərdən istifadə etməyi bacarmadıq. Gec-tez məğlub olacağımızı bilirdim. Təəssüf ki, bu, bu gün baş verdi. Qol vursaydıq, oyun bizim üçün daha asan keçərdi".

Nihat

Chosen
118
fanat.az

1Sources