EN

Sevgisinə görə intihara cəhd edənlər  - AÇIQLAMA

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Yeni Sahə adlanan ərazidə 2004-cü il təvəllüdlü Anar Şahin oğlu Məmmədov nişanlandığı xanımla mübahisə edib.
Yaxınlarının verdiyi məlumata görə, xanım ayrılmaq qərarına gəlib. Qərara etiraz olaraq A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı fikirlərini bölüşən psixoloq Gülnar Orucova "Sherg.az"-a söyləyib ki, nikah yaşı ümumi olaraq 18 yaş müəyyən olunub: "Fikrimcə, heç 20 yaş evlilik üçün hazırlıqlı bir dövr deyil. İnsan evliliyə psixoloji, maddi, fiziki baxımdan hazır olduqdan sonra evlənməlidir. Son dönəmdə intiharların sayı artır. Əslində sevgisinə görə intihara cəhd edənlərin əksəriyyəti zamanında ailəsi tərəfindən sevilməyən şəxslərdir. Ailədə uşaq yaşlarından övladına mən səni sevirəm sözünü deməyi unutmayaq. Bu cümlə uşaqda fikir formalaşdırır ki, "mən doğrudan ailəm tərəfindən sevilirəm". Bu zaman da ətrafdakı insanların sevgisinə əhəmiyyət vermir. Təəssüf ki, bəzən valideynlər uşağının bütün maddi təlabatlarını ödəsə də, sevdiyini hiss etdirmir. Lakin hər zaman insan sevildiyini sözlərlə eşitmək istəyir. Övlada sevgi, diqqət, qayğı dedikdə, ancaq nəyisə almaq nəzərdə tuturuq. Sevgi təmənnasız olur. Övladlarınıza :sən ağıllısan, bacarıqlısan, uğurlusan, varlısan və daima sənin yanındayam" deyin. Bununla onun sevgi ehtiyacını ödəmiş olacaqsız və o, ötəri sevgi hisslərinə görə intiharı ağlının ucundan belə keçirtməz. Hər bir yeniyetmə 13 yaşınadək bir dəfə sevib ayrılmalıdır. Belə dedikdə, bəziləri "13 yaşda sevgi olar" deyə bilər. Lakin hər şeyi keçmişlə müqayisə etmək olmaz. Həmçinin müasir dövrün uşaqları erkən yaş dövrünə tez girirlər. Çünki elm və texnika inkişaf edib. Ona görə beyin həddən artıq tez oyanır. Biri öz sevgilisindən ayrıldığına görə canına qəsd edirsə, bu nüans onun sevgiyə möhtac olmasından xəbər verir. Böyük ehtimal ki, qarşı tərəfi həyatının mərkəzinə qoyub və iradəsi zəifdir. Buna isə sevgi demək olmaz. Bu sadəcə olaraq bağlılıq, aslılıqdır". Psixoloq Sevinc Həbibova isə vurğulayıb ki, güman ki, həmin şəxs travmalarla, natamam ailədə böyüyən biridir: " Məsələn, valideynləri birgə yaşasa da yola gedə bilməyən, ata-anadan uzaqda qalanlar sevgiyə möhtac olur. Ümumiyyətlə, intihar edənlərin çoxu bunu əvvəlcədən planlaşdırırlar. Ona görə də özlərini öldürəcəkləri barədə yaxınlarına ya zarafatca, ya da ciddi şəkildə söyləyirlər. Fikrimcə, depressiyada olanlar daha çox təmiz hava qəbul etməli, yaxınları isə diqqətli olaraq onları alçaltmamalı və heç bir şeylə şantaj etməməlidirlər. Ola bilər ki, həmin oğlan diqqətdən kənarda qaldığı üçün intihara əl atıb. Fikrimcə, belə halların yaşanmasının ən böyük səbəbi sevgisizlik, özgüvən problemidir. Bu səbəbdən valideynlər övladlarına daha çox sevgi verərək yaxın dost olsunlar. Onlarla vaxt keçirərək, maraqlansınlar, danışıqlar aparsınlar.  Evdə sevgi və qayğı görən biri intihara cəhd belə etməz. İnsan ailəsindən dəstək gördükdə onun başqasına ehtiyacı qalmır. Təbii ki, insan müəyyən müddət depressiyaya düşə bilər, lakin bu özünə xəsarət yetirmə həddinə çatmamalıdır".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
sherg.az

1Sources