![Azərbaycan](https://azertag.az/files/2024/2/1200x630/1718646102355354353_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında keçirilmiş Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.
AZƏRTAC xəbər verir ki, milli komanda iki günün nəticəsinə əsasən, 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq kişilər arasında ümumi hesabda birinci yeri tutub. Qeyd edək ki, yarışda Nazir Talıbov (66 kiloqram), Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (81 kiloqram) və İmran Yusifov (+100 kiloqram) qızıl, Kamran Süleymanov (73 kq ) gümüş, Rövşən Əliyev (60 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc medal əldə ediblər.