EN

Türkiyə Birinci Liqası: Ən dəyərli azərbaycanlı futbolçunun adı bəlli oldu

Almaniyanın tanınmış “Transfermarkt” portalı Türkiyə Birinci Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Sportal.az xəbər verir ki, hazırda Birinci Liqanın ən dəyərli azərbaycanlı futbolçusu millimizin və “Kocaelispor”un hücumçusu Ramil Şeydayevdir.

Onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb və 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir. “Boluspor”un hücumçusu Vüsal İsgəndərli və “Manisa”nın müdafiəçi Sərtan Taşkının dəyəri isə 250 min avrodur (təxminən 455 min manat).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
sportal.az

2Sources