EN

“Gelandewagen”lə piyadaları vurdu:6 nəfər xəsarət alıb - FOTO

Türkiyənin Muğla şəhərində minik avtomobili yol kənarında hərəkət edən piyadaları vurub.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Bodrum rayonunda qeydə alınıb.

Məlumata görə, sürətlə hərəkətdə olan “Mercedes Gelandewagen” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq ilk öncə yol kənarında hərəkət edən bir qrup piyadanı vurub və daha sonra isə bir neçə nəqliyyat vasitəsinə çırpılaraq durub.

Nəticədə aralarında yerli və xarici turistlərin olduğu 6 piyada xəsarət alıb.

Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanaya çatdırılıblar.

Polis qəzanın baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

 

Kalabalığa

Kalabalığa

Kalabalığa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
1
avtosfer.az

2Sources