EN

Böyük miqdarda kokain Avropa limanlarında ələ keçirilib

2023-cü ilin sentyabr ayından etibarən Cənubi Amerikadan Avropa ölkələrinə konteyner daşımaları təşkil edən cinayətkar şəbəkənin dağıdılması zamanı Avropanın dəniz limanlarında 35 ton kokain ələ keçirilib.

 

Oxu24.com  bu barədə Europol-a istinadən xəbər verir.

 

“2023-cü ilin aprel-sentyabr ayları arasında Belçika, Ekvador və Almaniyanın hüquq-mühafizə orqanları bu cinayət şəbəkəsinin fəaliyyəti ilə bağlı təxminən 35 ton kokain müsadirə edib”, – Europol bildirib.

 

Bildirilir  ki, Almaniya limanları ilə yanaşı Antverpen və Rotterdam limanlarında da əməliyyatçılar işləyirmiş. Avropa hüquq-mühafizə orqanının məlumatına görə, cinayət şəbəkəsi bir çox cəbhə şirkətləri vasitəsilə fəaliyyət göstərirdi.

 

Bundan əvvəl Almaniyada on tonlarla rekord sayda kokain ələ keçirilib.

 

Kokainin bir hissəsi ananasların arasında meyvə yeşiklərində gizlədilib. Narkotik gizli yerə çatdırılıb və ciddi mühafizə altındadır.

 

Nigar

 

Chosen
142
oxu24.com

1Sources