EN

Millinin oyunlarının təqvimi müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək 3x3 basketbol üzrə qadınlardan ibarət millimizin oyun təqvimi müəyyənləşib. Sport24.az xəbər verir ki, yığmamız ilk görüşünü iyulun 30-da İspaniyaya qarşı keçirəcək.
 
Turnirin reqlmentinə görə, 8 komandanın mübarizə apardığı qrup mərhələsində ilk 2 yeri tutan millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-6-cı yeri tutan yığmalar isə 1/2 finala yüksələcək növbəti iki xoşbəxti müəyyənləşdirəcəklər.
 
Basketbol 3x3, qrup mərhələsi30 iyul23:00. İspaniya - AZƏRBAYCAN
31 iyul23:30. ABŞ - AZƏRBAYCAN
1 avqust14:30. AZƏRBAYCAN - Fransa20:30. Almaniya - AZƏRBAYCAN
2 avqust11:30. Avstraliya - AZƏRBAYCAN19:30. Çin - AZƏRBAYCAN
3 avqust19:30 Kanada - AZƏRBAYCAN
 
Qeyd edək ki, Olimpiya çempionu avqustun 5-də keçiriləcək final matçında bəlli olacaq.

Chosen
96
2
sport24.az

3Sources