EN

Kayseridə Atatürk abidəsini balta ilə zədələyən 2 nəfər həbs edilib

Ötən gün Kayseridə Cümhuriyyət meydanında Atatürk abidəsinə balta ilə hücum edərək zədələdikdən sonra saxlanılan Y.K. və qardaşı oğlu Z.A.-nın polis əməliyyatları tamamlanıb.

 

Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Əmi və qardaşı oğlu Kayseri Dövlət Xəstəxanasında tibbi müayinədən keçərək ədliyyəyə aparılıb.

 

Prokurorluqda dindirilməsi tamamlanan şübhəlilər  həbs edilib.

 

 

Polis qrupları və Kayseri Böyükşəhər Bələdiyyəsi polis personalının araşdırması zamanı abidənin üzərində 13 zərbə izi aşkar edilib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
oxu24.com

1Sources