EN

Ayxan Abbasov Almaniyada keçirilən turnirdə nəyə diqqət yetirib?

"AVRO-2024 yeni start götürsə də, maraqlı oyunlar izləyirik. Əsas diqqət çəkən məqam turnir iştirakçılarının komanda oyununa üstünlük verməsidi. Demək olar, bütün kollektivlər matça ehtiyatla başlayır və sona kimi mübarizə aparır. Adından və statusundan asılı olmayaraq, rəqiblər bir-birindən çəkinmir". Bu sözləri Sport24.az-a açıqlamasında Ayxan Abbasov bildirib.
 
Abbasov bu günə kimi turnirdə bəyəndiyi məqamları qeyd etməklə yanaşı, gözlənilməzliyi də vurğulayıb: "Xorvatiyanın məğlub olması bir qədər gözlənilməz oldu. Amma onlar oyun planında heç də zəif çıxış etmədi. Dinamika xoşuma gəlir. Bütün millilər 90 dəqiqə ərzimdə tempi qorumağa çalışırlar. Geridə qalan qarşılaşmalarda meydana çıxan komandalar hücum futbolu sərgiləməklə yadda qalıblar".
 
"Şamaxı"nın baş məşqçisi AVRO-2024-də favorit qismində gördüyü millilərin də adını çəkib: "Üç komandaya azarkeşlik edirəm. Favoritlərim İspaniya, Almaniya və Fransadı. Fikrimcə, adını çəkdiklərimdən biri final oynayacaq". ABDULLA İSMAYILOĞLU

Chosen
169
sport24.az

1Sources