EN

Məşhur cütlüyün yeni klipi necə silindi? - Açıqlama

Son zamanlar gündəmdən düşməyən cütlük Elvin və Elvina yeni kliplərini  izləyicilərinə təqdim edib.

Manset.az xəbər verir ki, klipin təqdimat mərasimində cütlük bildirib ki, klip yayımlanmamışdan əvvəl silinib. Mərasimdə danışan Elvin Ağayev bunları bildirib: “Klipimizin çəklişi bitdikdən sonra hamı evinə getdi. Klipimizin rejissor və operatoru çəkilmiş materialları kompüterə köçürmək üçün ofisə getdikdə kartda heç bir video olmadığını görüblər. Bunu bizdən 3 gün gizlətdikdən sonra çətinliklə də olsa klipin videosunu karta geri qaytara biliblər. Biz isə bundan xəbərsiz bütün saytlara, səhifələrə klipimizin artıq hazır olduğunu bildirirdik. Çox şükür, bu gün hər şey yolundadı."

Qeyd edək ki, bir müddət əvvəl klipdəki görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Sözü gedən klipi sizə təqdim edirik.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
manset.az

1Sources