EN

Rus ordusu hərəkətə keçdi - Gərgin döyüşlər gedir

Rusiya ordusu cəbhənin bütün istiqamətlərində hücumlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Son 24 saat ərzində 123 toqquşma baş verib. Dəqiqləşdirilmiş məlumata görə, Rusiya ordusu Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə atəşə tutub. Gərgin döyüş hələ də davam edir.

Eyni zamanda, son 24 saat ərzində Ukrayna ordusu rusların şəxsi heyətinin cəmləşdiyi 10 ərazini darmadağın edib".


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
teleqraf.com

1Sources