EN

Berbok Ukraynaya yardımı kəsməməyə çağırıb

"Məğlubiyyətin ölümcül nəticələri olacaq - azad Ukrayna və azad Avropa üçün”
Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiyanın təcavüzündən qorunan Ukraynaya yardımın kəsilməsinin Almaniya və NATO üçün təhlükəli nəticələri barədə xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə nazir “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.
“Ukraynaya kömək etməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq”, deyə bildirib.
“Azadlığımızı və müstəqilliyimizi özümüz müdafiə etməli olsaq, nə qədər ödəməli olacağımızı hesablamaq çətindir. Nəhayət, bu bir şeyə düşür: Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”, – Berbok əlavə edib.
Almaniya XİN rəhbəri yeni qaçqın axını təhlükəsi barədə də xəbərdarlıq edib: “Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə - və mən bu sözləri ilk növbədə Kiyevə yardımı rədd edənlərə ünvanlayıram - onda daha milyonlarla insan qaçmağa məcbur olacaq. Axı kim istəyər ki, işgəncə və işğal altında könüllü yaşasın. Artıq bir milyondan çox ukraynalı Almaniyada sığınacaq tapıb”.
"Məğlubiyyətin ölümcül nəticələri olacaq - azad Ukrayna və azad Avropa üçün. Ona görə də Ukraynaya yardım genişləndirilməlidir”, - nazir vurğulayıb.
O, yenidən dünya üzrə tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə davam etməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
2
ayna.az

3Sources