“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
“Football-plus.az” xəbər verir ki, premyer-liqaya vəsiqə qazanan bölgə təmsilçisi Rüfət Abbasovu heyətinə cəlb edib. Azərbaycan U-21 millisinin üzvü olan 19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Rüfət Abbasovun son klubu "Neftçi" olub.
Qeyd edək ki, "Şamaxı" bu yay Adil Nağıyev, Rafael Məhərrəmli və İlkin Muradovu da transfer edib.