EN

Rusiya və İranın birgə Qafqaz planı

Rusiya və İran Cənubi Qafqazda birgə addım atmaq niyyətindədir. 

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Maraqlıdır, İqor Xovayevin İrana səfər etməsinin arxasında hansı məqsəd dayana bilər? Rusiya və İran Qərbi Cənubi Qafqaza buraxmamaq üçün özlərinəməxsus sədd yaratmaq istəyir? 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli "Cebhe.info"-a şərhində qeyd edib ki, Rusiya və İran Cənubi Qafqaz siyasətində eyni mövqe sərgiləyir:

"Moskva və Tehranın Cənubi Qafqaz siyasətində heç bir ciddi fərq yoxdur. Həm İran, həm də Rusiya Qərbi Cənubi Qafqazda görmək istəmir. Hər ikisinin məqsədi budur ki, Qərbin regionda siyasi nüfuzu və təsir imkanları artmasın. 

Amma Moskva və Tehran hər nə qədər bunu istəsə də, Qərb Cənubi Qafqazda öz təsir imkanlarını artıracaq. Çünki istər iqtisadi, istərsə enerji, istərsə də investisiya baxımından Cənubi Qafqazın üç ölkəsinin Qərbə ehtiyacı var. Bu məsələlərdə Qərbdən başqa heç bir alternativ yoxdur". 

Onun fikrincə, Rusiya və İranın əlindəki yeganə faktor güc faktorudur;"İran və Rusiya öz güclərini birləşdirərək Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə imkan verməməyə çalışacaq. 

Amma onlar öz istəklərinə nail olmayacaq. Gez-tez Cənubi Qafqaz Qərbin təsir dairəsində olacaq".  

Chosen
19
50
cebheinfo.az

10Sources