“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi Rüfət Abbasovu heyətinə cəlb edib.
Azərbaycan U-21 millisinin üzvü olan 19 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Rüfət Abbasovun son klubu "Neftçi" olub.
Qeyd edək ki, "Şamaxı" bu yay Adil Nağıyev, Rafael Məhərrəmli və İlkin Muradovu da transfer edib.
Bizi İnstagramda izləyin