EN

Dünyanın 156 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirilib

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 156 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac, 148 ölkədən idxal olunmuşdur.

Fins.az xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 13978,2 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 8513,4 milyon dollarını və ya 60,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5464,8 milyon dollarını (39,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3048,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

Chosen
67
8
fins.az

9Sources