EN

Azərbaycanda 276 minik avtomobili - ANBARLARDA QALIB

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 389 ədəd minik avtomobili istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 193 ədəd və ya 12,2% azalıb.

2023-cü ilin yanvar-may aylarında bu göstərici 1 582 ədəd təşkil edib.

2024-cü ilin 1 iyun  tarixinə hazır məhsul ehtiyatı 276 ədəd təşkil edib.

Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 468 ədəd  yaxud 2,7 dəfə azalıb. 

2023-cü ilin 1 iyun  tarixinə hazır məhsul ehtiyatı 744 ədəd olub.

Chosen
23
1
fed.az

8Sources