“Şamaxı” yeni mövsümdən öncə heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, əyalət klubu ölkənin perspektivli gənclərindən, sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi”nin əvəzedicilərdən ibarət komandasından gəlmiş Abbasovla 2 illik müqavilə imzalanıb.
“Şamaxı” daha öncə Adil Nağıyev, Rafael Məhərrəmli və İlkin Muradovu da transfer etmişdi.