EN

Azərbaycan əti xaricdən neçəyə alır? - ORTA İDXAL QİYMƏTİ 19% BAHALAŞDI

2024-cü ilin yanvar-may aylarında Azərbaycan xaricdən  48 milyon 152 min dollar dəyərində 22 min 177 ton ət idxal edib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ət idxalı  ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15 milyon 292 min dollar və ya 46,1%, miqdar ifadəsilə 4 min 183 ton və ya 23,2% artıb.

2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 33 milyon 160 min dollar dəyərində 17 min 994 ton ət idxal olunmuşdu.

1 kq ətin orta idxal qiyməti 2024-cü ilin beş ayında 3,71 manata başa gəlib ki, bu da illik müqayisədə 0,58 manat (18,6%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə ətin orta idxal qiyməti  3,13 manata başa gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
fed.az

1Sources