EN

Kamran Əliyev “Sumqayıt”la razılaşmır

Samir Abasovun yeni mövsüm üçün "Sumqayıt"da görmək istəmədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. Sport24.az-a daxil olan məlumata görə, baş məşqçi rəhbərlikdən Rusiya pasportuna malik Kamran Əliyevin yola salınmasını istəyib.
 
Ancaq o da bəllidi ki, yarımmüdafiəçi "kimyaçılar"ın düşərgəsini tərk etmək istəmir. Daha doğrusu, klubla daha bir il müqaviləsi olan yarımmüdafiəçi təzminat məsələsində rəsmilərin təklif etdiyi məbləğlə razılaşmır. Futbolçu müqaviləyə xitam verilməsi üçün daha çox pul tələb edir. Redaksiyamıza daxil olan bilgiyə əsasən, "Sumqayıt"ın idman direktoru Faiq Hacı-Məhərrəmov sabah Kamranla bir daha bu mövzuda söhbət etmək üçün görüşəcək.
 
Qeyd edək ki, vinger son mövsümdə "Sumqayıt"ın heyətində ümumilikdə 35 matça çıxıb və 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
151
sport24.az

1Sources