EN

Qarşısına qoyulan məqsədə çatdı, daha 2 il vəzifə başında qaldı

«Baku Sportinq» baş məşqçisi ilə müqaviləni yeniləyib.

Elman Soltanov daha 2 il Buzovna təmsilçisini çalışdıracaq.

O, komandanı II Liqanın çempionu etdiyindən, rəhbərlik belə bir qərar verib.

Sultanov burada üzərinə yenə böyük məsuliyyət götürüb. Qəsəbə təmsilçisi ilk dəfə yarışacağı I Liqada yüksək yerlər uğrunda mübarizə aparmalıdır.

Debütant artıq bir çox futbolçusu ilə yolları ayırıb.

Röyal Nəcəfov, Ülvi Quliyev, Hüseyn Axundov, Qərib İbrahimov, Vaqif Şirinbəyov, Hüseyn Əliyev, Vüqar Rəhimov, Aqşin Paşayev, Emil Həsənzadə, Comərd Baxşəliyev, Ağası Babayev, Rəvan Kərimov və Taleh Babayevlə imzalanmış müqavilələrin müddəti uzadılmayıb.Göründüyü kimi, siyahı hələlik 13 nəfərdən ibarətdir, amma qarşıdakı günlərdə bu rəqəmin bir qədər də artacağı istisna deyil.

Hər halda baş məşqçi Elman Sultanov iddialı bir kollektiv formalaşdırmaq və çempionluq uğrunda mübarizə aparmaq istəyindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources