EN

Ukrayna PUA-ları Rusiyanın iki zavodunu vurdu – Partlayış və yanğınların olduğu bildirilir

Bazar ertəsinə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Belqorod, Voronej və Lipetsk vilayətlərinə hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, altı PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

“Gecə saatlarında Belqorod vilayəti üzərində bir pilotsuz təyyarə, Voronej vilayəti üzərində iki, Lipetsk vilayəti üzərində üç pilotsuz uçuş aparatı vurulub”, - nazirlik bildirib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Lipetsk vilayətinin qubernatoru İqor Artamonovun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri bölgə üzərində dörd pilotsuz uçan aparatı, o cümlədən onlardan üçünü Lipetsk sənaye ərazisi üzərində məhv edib. PUA qalıqlarının düşdüyü yerdə təcili yardım xidmətləri işləyir. Ölən və yaralananların olmadığını deyən qubernator eyni zamanda yerli sakinlərdən foto və videoları dərc etməmələrini xahiş edib.

“Astra” teleqram kanalının məlumatına görə, pilotsuz təyyarələr Lipetsk Traktor zavoduna və Novolipetsk Metallurgiya Zavoduna hücum edib. Yerli sosial şəbəkə istifadəçiləri Lipetsk Traktor Zavodunun ərazisində partlayışlar və tüstülənmələr olduğunu bildiriblər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources