”Bunların hamısını düzəltmək lazımdır”.
Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin kapitanı Emin Mahmudova məxsusdup.
Yarımmüdafiəçi Macarıstanda keçirilən yoxlama oyununda Albaniyaya 1:3 hesablı məğlubiyyətdən söz açıb:
“Fürsətlərimiz çox idi, sadəcə, yararlana bilmirdik. Amma onlar hər şeydə daha üstündür.
Açığı desək, bizdən də, Qazaxıstan millisindən də yaxşıdırlar, çünki Avro 2024-ə gedirlər.
Sadəcə çalışmalıyıq ki, vurduğumuz qolları çoxaldaq. Bu gün də belə idi, biz vura bilməyəndə, bizə vururdular. Yenə tez buraxdıq, ikinci qolu da öz səhvimizdən buraxdıq”.