Qərb Ukraynaya kömək etməsə, ölkə “sağ qalmayacaq”.
Sfera.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Bild" nəşrinin köşə yazarı Frans-Yozef Vaqner isə sözügedən açıqlamanı “Zelenskinin ölümü” kimi şərh edib. O bildirib ki, Ukrayna lideri bunları deməklə əslində öz sonundan danışır.
“Zelenski “sağ qalmayacaq” dedikdə, o, həm də öz ölümündən danışır”, – Vaqner gündəlik köşə yazısında qeyd edib.
Ukrayna prezidenti daha əvvəl bildirib ki, ABŞ hərbi yardım etməzsə, Kiyev Rusiya ilə münaqişədə məğlub olacaq. O qeyd edib ki, Ukraynanın nəinki qalib gəlməsi, hətta dayanması da çətin olacaq.
Günay