EN

Ermənistan müxalifətində

Ermənistan parlamentinin İnsan Haqları Daimi Komitəsinin sədr müavini Ani Samsonyan gözlənilmədən təmsil olunduğu müxalifət partiyasından- "Çiçəklənən Ermənistan"dan istefa verib.

News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, partiyanın  Facebook səhifəsində bununla bağlı məlumat da yayılıb. “2024-cü il mayın 29-da “Çiçəklənən Ermənistan” Partiyasının İdarə Heyətinin iclası keçirilmişdi. İclasda partiyanın rəhbər şurasının üzvü Ani Samsonyan öz rəsmi səlahiyyətlərinə-şura və ümumilikdə partiyaya üzvlüyə xitam verməsini elan etdi. Bunun əsasında nizamnamənin 3.7-ci bəndini rəhbər tutaraq, İdarə Heyəti Ani Samsonyanın səlahiyyətlərinə və üzvlüyünə xitam vermək qərarına gəlib”.

Deputat özü isə Facebok profilində bunları yazıb: "Partiyadakı missiyam başa çatıb. Mayın 29-da mən Şuradakı səlahiyyətlərimə və partiya üzvlüyünə xitam verilməsi ilə bağlı ərizə ilə İdarə Heyətinə müraciət etdim. Əlavə şərh verməyəcəyəm. Siyasi fəaliyyətimi davam etdirəcəyəm”

Tural

News365.az


Chosen
169
news365.az

1Sources