EN

"Yadplanetli" cəsədləri yenidən araşdırılacaq

Meksikalı jurnalist və UFO tədqiqatçısı Xayme Maussan əlində olduğunu iddia etdiyi yadplanetlilərin cəsədlərinin həqiqiliyini təsdiqləmək üçün ABŞ və Avropa ekspertlərinə müraciət edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peruda yeni tapılan iki “yadplanetli” mumiyanın cəsədlərin rentgen və ultrasəs məlumatları keçən mart ayında açıqlanmasından sonra mübahisələrə səbəb olub. Arxeoloqlar və tarixçilər bunların məzar talançıları tərəfindən qazılmış qədim insanlar ola biləcəyini söyləyib. Maussan, cəsədləri ABŞ-dakı daha qabaqcıl laboratoriyalara göndərmək hüququ üçün Peru hökumətini məhkəməyə verdiyini açıqlayıb. Maussan mumiyaların yadplanetli-insan “hibridləri” ola biləcəyini sürüb. Həmçinin, alimlər  də yeni nümunələrdə “30 faiz naməlum” DNT olduğunu bildirib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
99
manset.az

1Sources