EN

UEFA federasiyaya qarşı intizam işi açdı

UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb. Matc.az xəbər verir ki, buna səbəb azarkeşlərin AVRO-2024-ün qrup mərhələsinin I turunda İtaliya ilə oyundakı hərəkətləri olub. Belə ki, azarkeşlər meydançaya yad əşyalar atma, pirotexniki vasitələrdən istifadə etmə, meydana daxil olma və təxribat xarakterli mesajlar verməyə görə ittiham olunurlar. Qeyd edək ki, oyun Albaniyanın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Chosen
118
2
matc.az

3Sources