EN

“Fənərbağça” “Atletiko”nun üzvünü transfer etmək istəyir

“Fənərbaxça” portuqaliyalı futbolçu Joao Feliksi transfer edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.

Komandanın yeni baş məşqçisi Joze Mourinyo həmyerlisinin heyətə cəlb olunmasını arzulayır. 

“Atletiko”ya məxsus Feliks son mövsümü icarə əsasında “Barselona”da keçirib. “Fənərbaxça” onun icarə olunması variantını nəzərdən keçirir.
Qeyd edək ki, 24 yaşlı hücumçu 2023/2024 mövsümündə 44 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
bizim.media

1Sources