EN

İsrailli general Qəzzada taktiki pauzanın aradan qaldırıldığını açıqlayıb

Bakı. TurkicWorld :

İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman bildirib.

O qeyd edib ki, vəzifəmiz irəliləməyə davam etməkdir.

"Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik", - israilli general vurğulayıb.

Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.

Chosen
106
8
turkic.world

10Sources